İqtidar-müxalifət dialoqu ilə bağlı AMİP Mərkəzi Şurasının üzvü Əli Orucov münasibət bildirib.
Mia.az-a açıqlamasında o, bu məqsədlə keçirilən görüşlərin nəticə verəcəyinə inanmadığını bildirib:
"Ötən ilin dekabrın 13-də keçirilən ilk görşdən sonra nə dəyişdi ki?
Bildiyiniz kimi, həmin görüş bələdiyyə seçkilərindən əvvəl baş tutmuşdu. Müzakirə olunan məsələlərdən biri də bələdiyyə seçkilərininin şəfaff və ədalətli keçirilməsi məsələsi idi. Amma hakimiyyət bu seçkiləri əvvəlkiləridən betər saxtalaşdırdı. Ona görə də mən bu formatda olan görüşləri müxalifət düşərgəsi üçün mənasız və faydasız hesab edirəm. Hakimiyyət üçünsə belə görüşlər imitasiyadan başqa bir şey deyil.
Bu görüş iqtidar-müxalifət dialoquna yol açacağı, problemlərin həllində və münasibətlərin normallaşmasında əhəmiyyət kəsb edəcəyi təqdirdə müsbət qarşılamaq olar. Fakt və təcrübə onu deməyə əsas verir ki, iqtidar hələ də nəticəli dialoqa ya hazır deyil, ya da buna heç həvəs göstərmir".