Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev müğənni Elza Seyidcahanın şeir yazmasına münasibət bildirib.
H.Hacıyev Adalet.az-a açıqlamasında fikirlərini belə ifadə edib: "Yəqin, onu coşduranlar var. Ola bilsin vəhy gəlir. O da şeir yazır. Amma yaxşı olar ki, millətin ruhuna uyğun bir şeir yazsın. Hazırda Azərbaycanda deyiləm, şeiri oxumamışam. Elza xanım, yəqin, kimisə sevir, ona görə də belə şeirlər yazır".