Beynəlxalq Avrasiya Mətbuat Fondu
Bekçikanın paytaxtı Brüsseldə Qaçqınlar və Sığınacaq Axtaranlar üzrə Avropa
Şurasının ( ECRE )
xüsusi çağırılmış iclasında keçmiş Sovet ölkələrində miqrasiya məsələlərinin
tədqiqatına rəhbərlik edəcək
iki təşkilatdan biri seçilib.
Mia.az-a BAMF-dən verilən məlumata görə, tədbirin budəfəki
toplantısının məqsədi siyasətçilər, vətəndaş cəmiyyəti təşkilatlarının, miqrasiya tendensiyalarının və Avropa birliyininin bu gün üzləşdiyi hüquqi
problemləri daha yaxşı anlamaq üçün "baxış” (vizyon) sənədinin işlənib
hazırlanmasına nail
olmaq idi. Toplantıda miqrasiya problemləriminin müxtəlif aspektləri, o
cümlədən Avropada Təhlükəsiz qorunmaq üçün hüquqi təminata nail
olmaq, Avropa Birliyində müdafiə problemləri,
Regionda müdafiə problemlərinə dair məsələlərin həllinə başlamaq üçün üç işçi
qrupu yaradılıb.
Bu arada BAMF, Rusiyanın qeyri-hökümət təşkilatı olan "Memorial İnternational” ilə birlikdə Qafqaz, Mərkəzi Asiya,
Ukrayna və Rusiya üzrə tədqiqata , regional vəziyyəti təhlil edən nəşrin hazırlanmasına
rəhbərlik etmək üçün seçilmişdir. Bu regional nəşrdə müdafiə hüquqlari,
potensial artırma, qarışıq miqrasiya axınları, uzun sürən məskulaşmanın həlli
yolları ilə bağlı Avropa Birliyi xaricində olan ölkələrə təsir edən məlumatları
toplayacaq və problemləri təhlil edəcəkdir.
Qeyd edək ki, BAMF mötəbər qurum olan ECRE -nin
artıq bir neçə ildir üzvüdür . BAMF ECRE şəbəkəsinin üzvü kimi, əsasən Azərbaycanla
bağlı qaçqın və sığınacaq axtaranların vəziyyətlərinə dair yeniliklərlə ECRE-ni
müntəzəm olaraq təmin edir. Bu
funksiyanı effektiv yerinə yetirmək üçün BAMF daima qaçqın və sığınacaq
axtaranlar, eləcə də qaçqın icmalarının problemləri ilə məşğul olan İOM, UNHCR,
o cümlədən Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi kimi müxtəlif
strukturlarla görüşür.