Gənclər İctimai İncəsənət Birliyinin təşkilatçılığı ilə "Bəyaz İzlər" qış rəsm sərgisi keçirilib.
Birlikdən Mia.az-a verilən məlumata görə, sərgini keçirməkdə məqsəd gənc rəssamlara dəstək olmaq və onların bacarıqlarını geniş kütləyə tanıtmaq olub: "Fevralın 8-də şəhərin mərkəzində, "White House" restoranında təşkil edilən sərgidə 30 gənc rəssamın əl işi nümaiş olunmuş və 160-dan çox qonaq iştirak etdi. Sərgi saat 12:00-dan 17:00-dək davam edən sərgiyə böyük marağa səbəb oldu".
Məlumatda bildirilir ki, belə sərgilər davam etdiriləcək: "Biz hamını sərgilərimizdə iştirak etməyə çağırırıq".