"Ukrayna üçün sülh planının taleyi yaxın 2-3 gündə bilinəcək”. 

Axar.az xəbər verir ki, bu açıqlama ilə Almaniyanın Xarici İşlər naziri Frank-Valter Ştaynmayer çıxış edib.

O, razılığın konflikt tərəflərindən asılı olduğunu bildirib:

"Ukrayna konflikti sayəsində Avropanın yenidən bölüməsi təhlükəsi yaranır. Kiyev və Moskva Minsk razılaşmasına əməl etməlidir. Bilməlisiniz ki, Ukraynanın taleyi Berlinlə Parisdə yox, Kiyevlə Moskvada həll olunur”.