Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Fransa Prezidenti Fransua Ollana və Almaniya kansleri Angela Merkelin Putinlə görüşünü qeyri-adi qəbul edib.
Axar.az xəbər verir ki, Saakaşvili Merkel və Ollandın Moskvaya Ukraynanı müzakirə etməyə getdiklərini, ancaq orada Ukraynadan söhbət getmədiyini bildirib.
Saakaşvili üçtərəfli görüşdə yalnız Donetskin müzakirə edildiyini qeyd edib: "Merkel və Ollandın Putinlə görüşü qəribə təəssürat oyadırdı. Onlar da Gürcüstan olmadan Rusiya ilə müqavilə imzalamışdılar. Bu səbəbdən də Ukraynasız Donetskdən danışmaq qəribədir".