Prezident İlham Əliyev Milli Məclisin "İcbari sığortalar haqqında” Qanunda etdiyi dəyişikliyi təsdiq edib. Mia.az-ın məlumatına görə, qanundakı dəyişiklik aşağıdakı məzmundadır:
"İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 7, maddə 572; 2011, № 12, maddə 1089; 2013, № 11, maddə 1318; 2014, № 1, maddə 9, № 7, maddə 777) aşağıdakı məzmunda 9.3-cü maddə əlavə edilsin:
"9.3. Sığortaçı müvafiq riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta marağı olan bu qanunun 4-cü maddəsində nəzərdə tutulmuş subyektlərlə icbari sığorta müqaviləsi bağlamaqdan imtina edə bilməz.”.