Türkiyənin Qaziantep vilayətində insanlığa sığışmayan hadisə baş verib. ANS PRESS-in məlumatına görə, bir ailənin 2 yaşlı qızı naməlum şəxslər tərəfindən zorlanıb.

Bu barədə qızın valideynləri polisə şikayət ediblər. Valideynlər övladlarını zorlayanların tezliklə tapılaraq cəzalanmasını tələb ediblər.

Qızın anası Səma H. bildirib ki, qızı bir neçə gün əvvəl yoxa çıxıb. Onlar bu barədə polisə də xəbər veriblər. Bir neçə gün sonra ana qızını orta məktəblərin birinin həyətində olması barədə məlumat alıb. Ora getdikdə balaca qızcığazın bərk qorxmuş halda tapıblar. Qızı evə gətirən ana onun bədəninə baxıb. Ana qızının zorlandığını bilib.

"Sanki qızımın cansız bədənini gördüm. Qızımı bədbəxt etdilər. Onun namusuna toxundular. Həmin cinayətkarın kim olduğunu bilmək istəyirəm”, - deyə Səma H. bildirib.

Daha sonra ailə üzvləri ifadə vermək üçün polis şöbəsinə aparılıb. İfadələri alınıb.
Qeyd edək ki, baş verən hadisə Türkiyədə böyük səs-küyə səbəb olub.

Hazırda polis qızcığazı zorlayan şəxs, yaxud şəxsləri axtarır.