Ukrayna kollaps astanasındadır, çünki  o, Avropadan yetərli dəstək almayıb. 

Bunu Açıq Cəmiyyət İnstitutunun yaradıcısı və rəhbəri, məşhur maliyyəçi  Corc Soros bu gün Münhen konfransında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Avropa təcili müdaxilə eləməsə, Ukraynanı itirəcək. "Ukraynaya maliyyə və hərbi təzyiqlər göstərilir. Ölkə kollaps ərəfəsindədir. Avropa öz vədlərini yerinə yetirə bilmədi” – deyib Soros. 

"Avropa ola bilsin Ukraynanı itirəcək. Və əgər bu, baş versə, böyük itki olacaq. Bunun baş verməməsi üçün təcili müdaxilə lazımdır” - deyə, söhbətə nöqtə qoyub.

Musavat.com