Görüşdə ölkədəki ümumi vəziyyət, müxalifət düşərgəsinin mövcud durumu və toparlanmaq imkanları, Siyasi Partiyaların Demokratiya və İnsan Hüquqları Mərkəzində təmsil olunan qurumların seçki blokunun formalaşdırılması, o cümlədən, VİP-AXP əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub. Ölkədə yaranmış vəziyyəti ətraflı dəyərləndirən partiya sədrləri əsas diqqəti müxalifət düşərgəsinin böhrandan çıxarılmasına və qarşıdan gələn parlament seçkilərində effektli iştirak formasının seçilməsinə yönəldiblər. Real müxalifət qüvvələrinin bir araya gətirilməsi üçün səylərin davam etdirilməsinin zəruriliyini qəbul edən VİP və AXP sədrləri qarşılıqlı maraq doğuran digər məsələlərə də toxunublar.
Pənah Hüseyn seçki bloku yaratmaq üçün görüşləri keçirir
Yanvarın 27-də Vətəndaş və İnkişaf Partiyasının (VİP) qərargahında Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn və VİP sədri Əli Əliyev arasında görüş keçirilib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51