ABŞ-ın vitse-prezidenti Co Bayden hesab edir ki, dünya bazarında neftin qiyməti yaxın illər ərzində aşağı olacaq.
Bu barədə "Reuters”in xəbərində deyilir.
"Hazırda bu qiymət 50 dollardan artıq deyil. Qiymət hər halda yaxın perspektivdə, yaxın bir neçə ildə aşağı səviyyədə qalacaq” – deyə vitse-prezident bildirib.
OPEC-in baş katibi Abdulla əl-Badri isə az öncə bəyan etmişdi ki, neftin dünya bazarında qiyməti artıq "neft dibi”nə çatıb və tezliklə yuxarı qalxmalıdır(musavat.com).