Bu gün Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə hüquqşünas İntiqam Əliyevin işinə dair ilkin məhkəmə-hazırlıq iclası keçirilib. Bu barədə "Yeni Müsavat"ın reportyoru xəbər verib.
Onun sözlərinə görə, proses tezliklə başa çatıb. Hüquq müdafiəçisinin heç bir vəsatəti təmin edilməyib. Növbəti proses fevralın 3-də, saat 11:00 -da olacaq.
İntiqam Əliyev ötən il avqustun 8-də tutulub. Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri olan İntiqam Əliyev vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, qanunsuz sahibkarlıq, mənimsəmə və israf etmədə ittiham edilir.
O, ittihamları rədd edir.
Musavat.com


