BMT-nin
Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndəsi Aleksandr Novikov BAMF-ın baş
ofisini ziyarət edib.
Mia.az xəbər
verir ki, təşkilatin sədri Umud Mirzəyev, o cümlədən təşkilatın Proqram
departamentinin əməkdaşları ilə görüşən Novikova BAMF-ın fəaliyyəti və
strukturları haqqında geniş məlumat verilib.
Azərbaycan dövlətinin, o cümlədən BAMF-ın qaçqın və
məcburi köçkünlərlə bağlı gördüyü məqsədyönlü işlərdən danışan cənab Novikov
qeyd edib ki, Azərbaycanda bu istiqamətdə kifayət qədər ciddi işlər görülüb, əsaslı
layihələr icra olunub. Qonaq təşkilatın gələcək layihələri ilə də yaxından
maraqlanıb.
Xatırladaq ki,
BAMF UNHCR tərəfindən yaradılmış Qaçqın və Məcburi Köçkünlərin İşləri ilə məşğul
olan İşçi Qrupuna daxildir. Bu qrupda BAMF öz dəstəyini məcburi
köçkünlərin yaşayışı və dolanışığına dair həyata keçirdiyi peşə təlimi və
mikro-kredit proqramları səviyyəsində nümayiş etdirir.