ABŞ konqresmeni Cin Qrin 20 Yanvar Faciəsinin 25-ci ildönümü münasibətilə Konqresdə bəyanatla çıxış edib.
Azərbaycanın ABŞ-dakı səfirliyindən Mia.az-a daxil olan məllumata görə, o, 20 yanvar 1990-cı ildə Azərbaycandakı müstəqillik hərəkatını yatırmaq üçün sovet qoşunlarının Bakıya yeridildiyini və nəticədə böyük faciənin baş verdiyini bildirib. Sovet hökuməti tərəfindən günahsız insanların kütləvi qətliamının Azərbaycan xalqının müstəqillik uğrunda mücadiləyə daha ihlamlandırdığını vurğulayan konqresmen, bu mücadilənin Azərbaycanın müstəqilliyini əldə etməsi ilə nəticələndiyini qeyd edib.
Konqresmen Qrin Azərbaycan və ABŞ-ın qarşılıqlı etibar, anlayış və dəstəyə əsaslanan yaxın münasibətlərini təqdir edərək, Xəzər dənizi regionunda həyati rol oynayan Azərbaycana ABŞ-ın davamlı dəstək göstərməsinin əhəmiyyətini vurğulayıb.