ABŞ-ın Azərbaycana təyin olunmuş yeni fövqəladə və səlahiyyətli səfiri Robert Sekutanın Bakıya fevralda gəlməsi gözlənilir. Bu barədə diplomatik mənbələrdən məlumat verilib.
ABŞ-ın Azərbaycandakı səfirliyindən bildirilib ki, səfirin gəlişinin dəqiq tarixi hələlik məlum deyil, lakin onun Bakıya yaxın vaxtlarda gəlməsi nəzərdə tutulub. Bu barədə səfirliyin müvəqqəti işlər vəkili Derek Hoqan yanvarın 21-də jurnalistlərə də məlumat vermişdi .
Xatırladaq ki, ABŞ Senatı Robert Sekutanı ötən il dekabrın 16-da ABŞ-ın Azərbaycanda səfirinin vəzifəsinə təsdiqləyib. O, 2007-2009-cu illərdə Tokioda, 2003-2007-ci illərdə Berlində ABŞ hökumətinin iqtisadi məsələlər üzrə iştirakına nəzarət edib. Həmçinin ABŞ-ın Əfqanıstanda səfirliyində Koordinasiya direktorunun iqtisadi məsələlər üzrə birinci müavini olub.
Diplomat Corctaun Universitetinin məzunu, Qlobal Menecment Məktəbinin və Milli Hərbi Kollecin magistri dərəcəsinə malikdir(Anspress).
Amerika yeni səfirini göndərir
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51