Azərbaycanın
Los Ancelesdəki Baş Konsulluğunda Qara Yanvar faciəsinin 25-ci ildönümü ilə
bağlı anma mərasimi keçirilib.
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Mia.az-a verilən məlumata görə, mərasimdə
Los Ancelesdə fəaliyyət göstərən xarici ölkələrin baş konsulları, elm və
mədəniyyət xadimləri, Hollivud prodüserləri, yerli universitetlərin
professorları, icma üzvləri və digərləri iştirak ediblər.
İlk
öncə mərasim iştirakçıları Qara Yanvar şəhidlərini bir dəqiqəlik sükutla yad ediblər.
Azərbaycanın
Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev çıxış edərək, qanlı 20 yanvar
hadisələri barədə məlumat verib və həmin hadisələr zamanı Sovet qoşunları
tərəfindən böyük sayda günahsız insanın amansızcasına qətlə yetirildiyini qeyd
edib. Diplomat, Ümummilli Lider Heydər Əliyevin faciədən dərhal sonra
Moskvadakı Azərbaycan nümayəndəliyinə gedərək qətliamı kəskin şəkildə
pisləməsini diqqətə çatdırıb və bunun Azərbaycan xalqının azadlıq uğrunda
mübarizəsini daha da ilhamlandırdığını bildirib.
Baş
konsul qeyd edib ki, bu qəddarlığı həyata keçirən Sovet rejimi Azərbaycan
xalqının azadlıq arzularını boğmaq niyyətində olsa da, rejim öz məqsədinə çata
bilməyərək, tam iflasa uğrayıb və Azərbaycan öz dövlət müstəqilliyini tezliklə
bərpa edib.
Müstəqilliyinin
bərpasından keçən dövr ərzində Azərbaycanın sürətlə inkişaf etdiyini vurğulayan
natiq, Azərbaycanın siyasi və iqtisadi mövqelərinin həm regional, həm də qlobal
səviyyədə möhkəmləndiyini bildirib və ölkəmizin müstəqilliyinin güclü və dönməz
xarakter aldığını diqqətə çatdırıb.
Sonra
çıxış edən amerikalı keçmiş diplomat, San Dieqo Universitetinin professoruJamesCoyle bu hadisənintarixi önəmindən danışaraq, Qara Yanvar
faciəsininSSRİ-ninsüqutunun başlanğıcını qoyduğunuvurğulayıb.
Daha
sonra Los Ancelesli jurnalist NancyPearlman çıxış edərək, bu qanlı hadisələrdən
bir neçə ay əvvəl Bakıda olduğunu bildirərək, Bakıdakı vəziyyətin gərgin
olduğunu, SSRİ rəhbərliyinin nəyin bahasına olursa-olsun Azərbycan xalqının
azadlıq iradəsini sındırmağa hazır olduğunu hiss etdiyini qeyd edib. JurnalistAzərbaycana
keçən ilki səfərindən də danışaraq, Azərbaycanın ötən 25 il ərzində inanılmaz
dərəcədə dəyişərək, çağdaş və inkişaf etmiş ölkəyə çevrildiyini vurğulayıb.
Çıxışlardan
sonra skripka və violonçeldə klassik bəstərkarların həzin əsərləri ifa edilib.
Sonda tədbir iştirakçıları Qara Yanvar faciəsini əks etdirən foto-sərgi ilə tanış olublar