Rusiya Silahlı Qüvvələrinə məxsus iki taktiki batalyon Ukrayna sərhədini keçib.
Axar.az Ukrayna mediasına istinadla xəbər verir ki, bu barədə məlumatı Ukrayna Anti-terror Mərkəzinin sözçüsü Andrey Lısenko yayıb.
Onun sözlərinə görə, belə batalyonlarda adətən 300-350 nəfər hərbçi olur: "İki batalyonda təxminən 600-700 hərbçi Ukrayna sərhədlərindən içəri daxil olub”.
Lısenko hərbçilərin Ukrayna sərhədçiləri tərəfindən yoxlanılmadığını və birbaşa Luqanska istiqamət götürdüyünü bildirib.