Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq
Xidməti tərəfindən son bir ildə sosial müdafiəyə
xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən 1036 nəfər vətəndaş
kvota üzrə iş yerləri ilə təmin olunub.
Nazirlikdən Mia.az-a verilən məlumata gör, kvota üzrə məşğulluğu təmin edilənlərin 249 nəfərini əlilliyi olan şəxslər,
215 nəfərini qaçqın və məcburi köçkünlər,
224 nəfərini yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı
valideynlər, 42 nəfərini müharibə veteranları, 36 nəfərini şəhid ailəsi üzvləri
təşkil edib. Habelə 25 nəfər penitensiar
müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxsin, 34 nəfər sağlamlıq imkanları
məhdud uşaqları tərbiyə edən valideynin, 159 nəfər 20 yaşadək gəncin, 52 nəfər pensiya
yaşına 2 ildən az qalmış vətəndaşın kvota əsasında məşğulluğu təmin olunub.