Aydın Abbasov atasının "AzerRos”dan uzaqlaşdırılmasından danışıb.
 
Mia.az AzNews.az-a istinadən xəbər verir ki, dekabr ayının 17-də Rusiyanın paytaxtı Moskva şəhərində Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyətinin ("AzerRos”) 6-cı qurultayında Ağsaqqallar Şurasının ləğv edilməsi ilə Azərbaycan Baş nazirinin sabiq 1-ci müavini Abbas Abbasovun "AzerRos”dan uzaqlaşdırılması Azərbaycanda böyük rezonansa səbəb olub.
Qeyd edək ki, həmin qurultayda "AzerRos”un bu vəziyyətə düşməsində Abbas Abbasov ittiham edilib. 

Abbas Abbasovun oğlu, Milli Məclisin deputatı Aydın Abbasov Rusiya prezidenti yanında Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyətinin ("AzerRos”) rəhbərliyindən atasının uzaqlaşdırılması xəbərinə münasibət bildirib. 

O, açıqlamasında deyib ki, ki, onun Rusiyada yerləşən hər hansı bir təşkilatda baş verən hadisələrlə bağlı danışmaq səlahiyyəti yoxdur:

"AzerRos”un rəsmi saytı var, xahiş edirəm, girib orda yazılanları oxuyasınız. Mən deputatam, dairəmlə, deputat fəaliyyətimlə bağlı suallarınız varsa, ona can-başla cavab verə bilərəm. Rusiyada yerləşən təşkilat haqqında isə mən bir söz deyə bilmərəm, çünki bu, mənim səlahiyyətimdə deyil. Abbas Abbasov atamdır. Ona quzu kəsim, amma mən onun işlərinə, fəaliyyətinə qarışmıram. Və o, bizə də imkan vermir ki, biz onun işinə qarışaq, yaxud da o məsələ ilə bağlı nəsə açıqlama verək”.