İngiltərənin "Financial Times" qəzeti, Türkiyə prezidenti Ərdoğanın Azərbaycan prezidenti İlham Əliyevi və Fələstin rəhbəri Mahmud Abbası Osmanlısayağı qarşılamasından yazıb.
"Kostyumlu mühafizəçilər, Ərdoğanın güc tamaşasında baş rolda" başlıqlı yazıda qəzet , "Bu tablo Türkiyədə son dövrün ən inanılmaz mənzərələrdən biridir" şərhini verib.
Qəzetin Türkiyə müxbiri Daniel Dombey yazısının əvvəlində, Ankaranı ziyarət edən dövlət başçılarının belə bir mənzərə ilə qarşılaşmasının gözlənilməz olduğunu bildirir.
Financial Times müxbirinin fikirincə, bu mənzərə Türkiyənin prezident Ərdoğan rəhbərliyində altında irəlilədiyi yol barədə ipucu verir.
Qəzetə görə, bu addımı ilə də Ərdoğan Türkiyənin güclü lideri statusunun etmək durumdadır.
"Cənab Ərdoğanın əsgərlərlə görüntüsü xüsusilə diqqət çəkdi. Bu görüntü eyni zamanda, prezident Ərdoğanın Türkiyənin sərhədlərinin xaricində də rol oynamağa yönələn əməllərinin və hazırkı Türkiyəni ölkənin imperial tarixi ilə eyniləşdirmə arzusunun bir siqnalı idi .
Cənab Ərdoğan hələ keçid dövründədir. Ərdoğan ölkənin ən uzun müddət bu vəzifədə olan baş naziri ikən, ötən il ümumxalq səsverməsi ilə seçilən ilk prezidenti oldu. Ancaq o, ölkəni idarə edir kimi görünsə də, Türkiyənin siyasi sistemi hələ də ən azından kağız üstündə parlamentlidir. Yəni bir prezidentlik sistemi yoxdur".
Yeni prezident sarayı nəhəng bir inzibati kompleksin hissəsidir və cənab Ərdoğanın proyektinin konkret sübutudur . Ərdoğan hələ prezidentliyini Türkiyənin rəsmi güc mərkəzi edəcək konstitusiya dəyişikliklərini keçirə həyata keçirməyib . Ancaq hüquqi xırdalıqlardan çox praktik gücə üstünlük verərək, bir çox türk liderin uzun müddətdir izlədiyi yolu təqib edir. Eynilə yeni və gözlənilməz paltarlar geyindirilmiş yardımçı oyunçularının işarə etdiyi kimi".
Avropa.info