Yanvarın 16-da gün ərzində Sumqayıt şəhərinin 1, 2, 6, 11, 13-cü mikrorayonlarına, 4, 5, 17 və 45-ci məhəllələrinə, həmçinin Corat qəsəbəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

"Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən  verilən məlumata görə, məhdudiyyət Sumqayıt şəhərində magistral su xətlərində yenidənqurma işlərinin aparılması ilə əlaqədardır.