Gürcüstanda soydaşlarımızın etirazına səbəb olan daha bir addım atılıb.
Mia.az xəbər verir ki, bu barədə "Borçalı" İctimai Birliyinin rəhbəri Zəlimxan Məmmədli "Facebook"da yazıb.
Onun statusunu təqdim edirik:
"Aldığım məlumata görə, Gürcüstanın Qaval kənd (əhalisi 100 faiz azərbaycan türküdür) 1 saylı orta məktəbinin direktorunun gürcü təyin olunmasına etiraz olaraq, bu gün şagirdlər dərsə getməyib və məktəbdə gərginlik hökm sürməkdədir. Gürcüstan bu cür həssas məqamlarda diqqətli olmalıdır".
Mia.az