"Region" Beynəlxalq Analitik Mərkəz rəhbəri və AXCP sədrinin xarici əlaqələr üzrə müavini Razi Nurullayev Kanada səfiri John Holmes ilə görüşüb.
Bu barədə Mia.az-a açıqlama verən R.Nurullayev deyib ki, görüşdə ölkədə baş verən ictimai-siyasi proseslər barədə müzakirələr aparıb:
"Keçən ildən onlarla vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin, siyasətçilərin, bloqer və jurnalistlərin həbsi dünyanın diqqət mərkəzindədir. Bu məsələlər barədə də danışılıb.
Xüsusi olaraq, vətəndaş cəmiyyəti institutları ilə bağlı ve onların qarşılaşdıqları problemlər və mümkün çıxış yolları da müzakirə olunub.
Tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb".