Rusiyanın Ermənistandakı 102 saylı hərbi bazası xüsusi nəzarətə götürüldü.

ANS PRESS-in məlumatına görə, bu barədə Gümrüdəki bazanın hərbi qulluqçularından biri Facebook səhifəsində yazıb. Hərbçi bildirib ki, 102 saylı hərbi baza xüsusi nəzarətə götürülüb.

Baza rəhbərliyi isə yayılan bu xəbərin doğru olub-olmaması ilə bağlı rəsmi açıqlama verməyib.

Qeyd edək ki, Gümrüdə 4 min nümayişçi 102 saylı hərbi baza ətrafında toplaşıb. Onlar bir erməni ailəsini qətlə yetirən hərbçi Valeri Permyakovu Ermənistana təhvil verilməsini tələb edirlər.