Prezident İlham Əliyevin Tarif Şurrasının benzinin qiymətini qaldırma qərarını ləğv etməsi Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov tərəfindən təqdir olunub.

Rufiz Qonaqov Mia.az-a açıqlamasında deyib ki, Prezident İlham Əliyevin ğöstərişi əsasında yanacağın qiymətinin aşağı salınması və Tarif Şurasının qiymət artımı ilə bağlı qərarının ləğv edilməsini gözləyib: "Düşünürdüm ki , Cənab Prezident bununla razılaşmayacaq.Çünki bu ölkə iqtisadiyyatının digər sahələrində də sünii qiymət artımına şərait yarada bilərdi.

Prezident İlham Əliyev bu addımı ilə bir daha onu sübut etdi ki, vətəndaşların mənafeyi və güzaranının yaxşı olması, insanların qövlət qurumlarının qəbul etdiyi qərarlardan razı qalması onun üçün əsas hədəflərdən vacibidir".