12
yanvar 2015-ci il tarixində Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının
növbəti iclası keçirilib və "Azərbaycan Respublikasının Vergi Məcəlləsində
dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 30
dekabr tarixli Qanununa uyğun olaraq, neft məhsullarının tariflərinə baxılıb və
müvafiq tarif tənzimlənməsi aparılıb.
Vergi Məcəlləsinə edilən dəyişikliklərə
əsasən, ölkə ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən və idxal
edilən avtomobil benzini, dizel yanacağı və maye qazın hər litrinin topdansatış
qiymətinə 2 qəpik əlavə edilməklə yol vergisinin tətbiqi nəzərdə tutulub.
Mia.az-ın məlumatına görə, Ümid Partiyası yanacağın qiymətinin artırılmasından sonra gözlənilən digər qiymət artımları ilə bağlı narahtçılığını bildirərək bəyan edir ki, yanacağın qiymətinin artırılması digər yeyinti və sənaye mallarının qiymətinin artmasına da təsir edəcək:
"Digər məhsullarda qiymət artımı yanacağın qiymətinə əlavə
olunan artımdan iki dəfə çox ola bilər. Maaşlarla qiymətlərin uzlaşmadığı bir
zamanda bu qiymət artımı onsuz da
vəziyyəti ağır olan aztəminatlı ailələrin vəziyyətinin daha da ağırlaşmasına gətirib çıxaracaq.
Partiya Tarif
Şurasını yanacağın qiymətinə yenidən baxmağa, hakimiyyəti dünyada qlobal
iqtisadi böhranın baş verdiyi bir zamanda aztəminatlı ailələri nəzərə alaraq
təcili tədbirlər planı hazırlayıb, əməli addımlar atmağa çağırır".