Neftçala rayonunda yeni bazara görə mübahisə yaranıb. 

Məlumata görə, icra başçısının tapşırığı ilə tikilən təzə bazara ticarətçilər getməkdən imtina edirlər. Tacirlər bunu təzə bazarın rayonun mərkəzindən kənarda yerləşməsi ilə izah edirlər. 

Onlardan isə mərkəzi bazarı tərk edib yenisinə köçmək tələb olunur. Köhnə bazarda natəmizliyin hökm sürməsinə baxmayaraq, gündəlik yer haqlarının ucuz olmasına görə burada işləməyə üstünlük veriblər. 

Ticarətçilər onlara inzibati müdaxilə olduğu və təzə bazara köçmək üçün təzyiq göstərildiyini qeyd edirlər. Rayon icra hakimiyyəti isə köhnə bazarın standartlara cavab vermədiyini, rayonun sosial iqtisadi inkişafına uyğun gəlmədiyini və anti-sanitariya şəraitini əsas gətirib, ətrafdakı mağazaların sökülməsinə göstəriş verib(axar.az).