Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyəyə səfərə gedəcəyi gözlənilir.

Bu barədə musavat.com-a Türkiyədəki mənbələrdən məlumat daxil olub.

Həmin məlumata görə, Prezident İlham Əliyevin Türkiyə səfərinin yanvar ayı ərzində reallaşdırılacağı ehtimal olunur.

Ancaq Azərbaycan prezidentinin gözlənilən Türkiyə səfərinin proqramı və qardaş ölkədə müzakirə ediləcək məsələlər barədə məlumat verilməyib.