Bu gün Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

MSK Katibliyinin media və ictimai əlaqələr şöbəsindən Mia.az verilən məlumata görə, əvvəlcə Komissiyanın 7 yanvar və 9 yanvar 2015-ci il tarixlərində keçirilmiş iclaslarının protokolları təsdiq edilib.

İclasda 2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə də baxılıb. MSK üzvləri tərəfindən müzakirə edildikdən sonra müraciətlərlə bağlı müvafiq qərarlar qəbul edilib