21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının yeni baş məşqçisi müəyyənləşib.
Report-un məlumatına görə, bu vəzifə AFFA prezidenti Rövnəq Abdullayevin göstərişinə əsasən, Yaşar Vahabzadəyə həvalə olunub.
Y.Vahabzadə yeni postunda Bernhard Lipperti əvəzləyib. O, daha öncə B.Lippertin köməkçisi qismində çalışıb.