Gürcüstan parlamentinin növbədənkənar iclasında Heydər Əliyev adına Tbilisi Azərbaycan Dövlət Dram Teatrının təmiri ilə bağlı məsələ gündəmə gətirilib.

Mia.az Report-a istinadla xəbər verir ki, deputat Savalan Mirzəyev ölkənin təhsil, elm, mədəniyyət və elm naziri vəzifəsinə namizəd Mixeil Çxenkeliyə məsələ ilə bağlı sual ünvanlayıb.

O xatırladıb ki, teatr mövzusunu qanunverici orqanda bundan öncə də qaldırıb.

Deputat mədəniyyət ocağı ilə bağlı hansı planların olduğu ilə maraqlanıb.

Qeyd edək ki, teatrın binası illərdir qəzalı vəziyyətdədir.