Müdafiə Nazirliyi Ermənistan tərəfinin cəbhə xətti ilə bağlı yaydığı məlumata münasibət bildirib.
Müdafiə Nazirliyi ANS PRESS-in sorğusuna cavab olaraq bildirib ki, erməni mətbuatının cəbhədəki atəşkəs rejiminin pozulması zamanı Azərbaycan Silahlı Qüvvələrinin guya üç hərbi qulluqçusunun, o cümlədən Eldar Məmmədov adlı "unter zabitin” öldürülməsi barədə məlumatlar dezinformasiya xarakteri daşıyır.
Qeyd edək ki, Ermənistan mətbuatında yayılan məlumata görə, guya Azərbaycan tərəfi yanvarın 5-dən 6-na keçən gecə atəşkəs rejimini 320 dəfə puzub. Erməni tərəfinin iddiasına görə, Azərbaycan Ordusu müxtəlif kalibrli silahlardan, həmçinin 60mm və 82mm və RPQ-7 tipli minaatanlardan erməni mövqelərinə 4500-dən çox atəş açıblar.
Müdafiə Nazirliyi: "Erməni tərəfi dezinformasiya yayır"
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51