Neftin dünya bazarında qiymətinin düşməsi ABŞ iqtisadiyyatına müsbət təsir göstərməkdə davam edir. Musavat.com-un məlumatına görə, bu barədə "Reuters” Ağ Ev rəsmisinə Coş Ernestə istinadən məlumat yayıb.
Qeyd edilir ki, "qara qızıl”ın ucuzlaşması ilə bağlı ABŞ-da benzinin qiyməti bir qallon üçün 2 dollar aşağı salınıb. Bununla yanaşı, ölkədə avtomobil satışı xeyli artıb.
Az öncə Amerikanın Federal Ehtiyat Fondu neftin qiymətinin enməsinin ölkə iqtisadiyyatı üçün sərfəli olduğunu bildirmişdi.