Fətullah Gülən camaatının idarə etdiyi məktəblərin daha bir ölkədə fəaliyyəti dayandırılıb.
 
Tacikistanda Gülənə məxsus məktəblərə verilən müddət bu il sona çatıb. Müddətin artırılmasına icazə verilməyəcəyi bildirilib.
 
Tacikistanda Gülən camaatının Türk-Tacik litseyləri kimi tanınan məktəblərinin bağlanacağı bildirilib. Tacikistan Təhsil Nazirliyi bu məktəblərin nəzdində olan "Şəlalə" təhsil qurumları adlı şirkətlə müqavilənin yenilənməyəcəyini açıqlayıb.
 
 
Türk-Tacik litseyləri rəhbəri Səlahəddin Günay isə məktəblərin bağlanması barədə şərh verməkdən imtina edib.
 
Qeyd edək ki, Türk məktəblərinin Tacikistanda fəaliyyəti 1993-cü ildə başlamışdı. 2003-cü ildə sözügedən müqavilə 10 il daha uzadılmışdı. "Şəlalə" şirkəti Düşənbədə 6 , Kurgan-Tube, Tursunzoda, Kulyab və Khujand şəhərlərində 10 məktəb açmışdı(axar.az).