Prezident İlham Əliyevin əfv sərəncamı ilə azadlığa buraxılan vəkil Qurban Məmmədov "Facebook"da prezident İlham Əliyevə, hüquqlarını qoruyan beynəlxalq təşkilatlara və jurnalistlərə təşəkkür edib:

"Hörmətli prezident İlham Əliyevin əfv sərəncamı ilə haqqı pozulan bizlərin hüququnun, gec də olsa, bərpa edilməsini yüksək dəyərləndirir, "çox sağ ol" deyir və bu addımı milli barışıq, milli birlik istiqamətində atılan addım kimi qiymətləndirirəm".