Sankt-Peterburqda yaşayan və Azərbaycanlıların Milli-Mədəni Muxtariyyəti adlı qurumun rəhbəri, milyonçu olduğu bildirilən iş adamı Vaqif Məmişov ciddi maliyyə sıxıntıları ilə üzləşib.

Bu barədə Mia.az-a sözügedən şəhərdə yaşayan fəal həmyerliləriniz məlumat verib. 

Məlumatda bildirilir ki, bir neçə il əvvəl Azərbaycan iqtidarı ilə "ultimativ dil"lə danışmağa cəhd edən və buna görə münasibətləri müəyyən qədər korlayan Vaqif Məmişov bir neçə gün əvvəl qardaşı Vasif Məmişovun Bakıda keçirilən övladının xeyir işində də iştirak edə bilməyib: 

"Məmişovlar artıq əvvəlki imkanlara sahib deyillər. Onlar ciddi maliyyə problemləri ilə də üzləşiblər. Vaqif Məmişovun Bakıya gələ bilməməsi təkcə siyasi deyil, həm də maliyyə problemləri ilə bağlıdır". 

Mia.az