Orta Asiya ölkələrindən daha biri 2015-ci ilin ilk günündən yanacağın qiymətini qaldırıb.
Axar.az xəbər verir ki, ötən gün Özbəkistanda yanacağın qiymətinin 13 faiz bahalaşması xəbərinin ardınca bu gün Türkmənista da benzinin qiymətini qaldırıb. Amma qonşusundan fərqli olaraq, Qurbanqulu Berdiməhəmmədov 60 faiz artımı təsdiqləyib.
Beləliklə, Türkmənistanda bu gündə etibarən avtomobil yanacağının qiyməti orta hesabla 35 sentə çatdırılıb.
Xatırladaq ki, Özbəkistanda bu rəqəm orta hesabla 95 sentə bərabər olub (A-91, A-92, A-93 92 sent, Aİ-95 1,01 dollar, dizel yanacağı 95 sent).