"Financial Times” saytı "2015-ci ildə dünyada hansı hadisələr baş verəcək?” adlı yazı dərc edib.
Proqnoza görə dünya bazarında neftin bir barelinin qiyməti 50 dollardan aşağı düşəcək.
İlin sonlarına yaxın neftin qitməti qalxacaq.
Rusiya Ukraynanın digər torpaqlarını işğal edə bilməyəcək.
Putin Rusiyanın daha da pis duruma düşməməsi üçün 2015-ci ildə öz çıxışlarında ehtiyatlı davranacaq. Onun məqsədi Krımdakı nəzarəti gücləndirmək, Donbassdakı status-kvonu saxlamaqdır.
ABŞ İraq və Suriyada İŞİD-ə qarşı hərbi gücünü artırmayacaq.
2015-ci ildə İŞİD öz təhdidlərini davam etdirəcək. Onunla döyüşmək üçün İraq ordusu öz gücünü səfərbər edəcək.
Bu ilin sonunda Qərbi Afrikada Ebola virusuna son qoyulacaq(Aznews.az).