"Biz bahalaşma olmaması üçün stimullaşdırıcı tədbirlər görürük və bazarlarda bolluq yaratmağa çalışırıq”.

Bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri Heydər Əsədov deyib. 

O bildirib ki, suni qiymət artımının qarşısını almaq məqsədilə bu dəqiqə bazarlarda müavinim bir dəstə ilə Xətai yarmarkasındadır: 

"30 nəfərdən artıq əməkdaşımız digər yarmarkalardadır. Biz bazarlara çıxıb kimlərəsə inzibati yollarla qiymətləri aşağı salmağı tələb etmirik. Bazarlarda hər hansı təhlükəli meyl gözləmirik”, - deyə nazir bildirib. 

Anspress