Qazaxıstan prezidenti Nursultan Nazarbayev şəxsiyyətə pərəstiş elementlərini ləğv etməyə başlayır. Dekabr ayının 25-də  paytaxt Astanada keçirilən tədbirdə çıxış edərkən Nazarbayev bildirib ki, ölkədə sabitliyin qorunması çox böyük əhəmiyyət kəsb edən məsələdir:

"Bu vaxta qədər əldə etdiklərimiz ölkədə olan sabitlik nəticəsində qazanılıb. Biz Ukraynada baş vemiş hadisələrdən ciddi nəticələr çıxarmağa borcluyuq".

Nazarbayev daha sonra qeyd edib ki, "vilayətlərin girişində onun şəkillərini deyil, sosial-iqtisadi uğurlarımızı əks etdirən lövhələr asılmalıdır: "Həmin lövhlələrdə il ərzində, rüb ərzində nə qədər iş yerləri açılması haqqında məlumatlar qeyd edilməlidir. Mən sizdən bunu tələb edirəm".