Bu gün Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

MSK-dan Mia.az-a verilən məlumata görə, iclasda 2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə əladədar MSK-ya daxil olmuş müraciətlərə baxılıb:

"Müraciətlər aidiyyat qaydalarının pozulması ilə daxil olduğundan, Komissiya üzvlərinin müzakirəsindən sonra baxılması üçün müvafiq seçki dairələrinin dairə seçki komissiyalarına göndərilməsinə qərar verilib.
İclasda cari məsələlərə də baxılıb".