Bu gün Müsavat Partiyasının başqanı Arif Hacılı Müsavat başqanının müşavirlərinin təyin olunması barədə sərəncamlar imzalayıb.

Həmin sərəncamlara əsasən Müsavat Partiyası Cəlilabad rayon təşkilatının üzvü Hidayət Xudaverdi oğlu İsmayılov, Müsavat Partiyası Şəmkir rayon təşkilatının üzvü Fariz Mustafa oğlu Cəfərov, Müsavat Partiyası Oğuz rayon təşkilatının üzvü Vaqif Qədir oğlu Davudov, Müsavat Partiyası Xaçmaz rayon təşkilatının üzvü Ramazan Hacırza oğlu Əliyev, Müsavat Partiyası Kürdəmir rayon təşkilatının üzvü Baha Qasım oğlu Mikayılov və Müsavat Partiyası Siyəzən rayon təşkilatının üzvü Mərdan Mehdi oğlu Mehdiyev Müsavat Partiyası başqanının müşaviri təyin ediliblər.