"Qafqazinfo” lragir.am-a istinadən xəbər verir ki, bu sözləri Ermənistanın müdafiə naziri Seyran Ohanyan jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, eskalasiya iyul-avqust aylarında da ciddi xarakter alıb, ordu xeyli itki verib, noyabrda isə erməni hərbi vertolyotu vurulub:
"2014-cü ildə orduda pis təcrübələrə qarşı mübarizə ili elan edilib və bunun nəticəsində cinayət hadisələri 2,5 dəfə azalıb”.
Vurulan erməni vertolyotuna gəlincə Seyran Ohanyan bununla bağlı əlavə danışa bilməyəcəyini və bəzi məsələlərin hərbi sirr olduğunu bildirib.