Ana Vətən Partiyası Nərimanov rayon təşkilatının ofisinin
açılışı olub.
Partiyadan Mia.az-a daxil olan məlumata görə, AVP Mərkəzi Aparatının rəhbəri Elçin Ağamalı və Nərimanov rayon təşkilatının sədri Əkbər Cabbarov lentkəsmə mərasimində iştirak edərək, yeni ofisin açılışını həyata keçiriblər.
Açılışda çıxış edən E.Ağamalı Nərimanov rayon
təşkilatının ofisinin açılışının partiya həyatında mühüm hadisə olduğunu və
rayon təşkilatının fəaliyyətində əhəmiyyətli rol oynayacağını bildirib. Həmçinin partiyanın qarşısında duran vəzifələrdən,
qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlıqdan danışaraq anavətənçiləri bələdiyyə
seçkilərində fəal iştiraka dəvət edib.
Tədbirin sonunda partiya sıralarına yeni qoşulan üzvlərə üzvülük vəsiqələri təqdim olunub.