"Türkiyədə həyata keçirilən son həbslər bu ölkənin beynəlxalq miqyasda imicinə ciddi zərbə vurmayacaq”.
Bu sözləri Editor.az-a açıqlamasında Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri Rufiq Qonaqov söyləyib.
Onun sözlərinə görə, son həbslər Türkiyənin daxili işidir: "Ərdoğanın özü dəfələrlə bəyan edib ki, Türkiyənin milli təhlükəsizliyini təhdid edən, müxtəlif dövlətlərin kəşfiyyat orqanları ilə işbirliyinə gedən istənilən şəxs, siyasi mövqeyindən və tutduğu statusdan asılı olmayaraq, qanun qarşısında cavab verəcək. İstər bundan öncəki, istərsə də bir neçə gün öncə həyata keçirilən həbslərə məhz bu aspektdən yanaşmaq lazımdır. Türkiyə hazırda öz təhlükəsizliyini qoruyur. Düzdür, bəzi təhlilçilər iddia edir ki, son həbslər Türkiyənin nüfuzuna zərbə vuracaq. Lakin mən bu iddialarla razılaşmıram. Bu nəinki AKP iqtidarını zəiflədəcək, əksinə, daha da gücləndirəcək. Reallıq odur ki, Ərdoğan Türkiyənin dünyaya inteqrasiyası və ölkə iqtisadiyyatının gülənməsi üçün ciddi addımlar atır və daxildə kifayət qədər dəstəyə malikdir”.