Azərbaycanın işğal olunmuş torpaqlarına səfər edən Ermənistanın müdafiə naziri Seyran Ohanyan təmas xəttinin şərq istiqamətindəki döyüş mövqelərinə baş çəkib. Modern.az Ermənistan mətbuatına isitnadən xəbər verir ki, bu zaman onu yerli qondarma rejimin "müdafiə naziri” Movses Akopyan da müşaiyət edib. Seyran Ohanyan Azərbaycan mövqelərini müşahidə edib və xidmət çəkən hərbçiləri ruhlandırmağa çalışıb.