Millət vəkili Vahid Əhmədov parlamentin dekabrın 16- da keçirilən iclasında ölkədə benzinin qiymətinin aşağı salınması təklifi ilə çıxış edib.
"Qafqazinfo” xəbər verir ki, millət vəkilinin bildirdiyinə görə, dünya bazarında neftin qiyməti kəskin olaraq aşağı düşür: "Hazırda bazarlarda qiymət 60 dollardır. Bununla əlaqədar Rusiya, Türkiyədə, Gürcüstanda benzinin qiymətində ciddi enmələr baş verir. Azərbaycan "A-95 premium” markalı benzini xaricdən idxal edir. Tarif Şurası bu məsələyə baxmalıdır. Hesab edirəm ki, ölkədə benzinin qiymətinin tənzimlənməsinə ehtiyac var”.