Bu günə qədər Azərbaycanda bələdiyyə seçkilərini müşahidə etmək üçün 39 263 nəfərin müraciəti qeydə alınıb. 

Mərkəzi Seçki Komissiyasından Mia.az-a daxil olan məlumata görə, bunu bu gün MSK sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, hazırkı vəziyyətə əsasən hər məntəqədə seçki prosesini 8 müşahidəçi izləyəcək.

MSK sədri bildirib ki, bu gündən etibarən Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən dairə seçki komissiyalarına seçici bülletenlərinin paylanılmasına başlanılıb: "Sabahdan etibarən isə ucqar rayonlarda yerləşən dairə seçki komissiyalarına seçici bülletenlərinin paylanılmasına başlanacaq. Ümid edirəm ki, proses dekabrın 18-dək yekunlaşacaq”.