Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda keçiriləcək "Qarabağ” – "İnter” oyununda xüsusi təhlükəsizlik tədbirləri görüləcək.
Mia.az-ın Sportpress.az-a istinadən yaydığı xəbərə görə, matçdan öncə stadionun bütün sektorlarının qapıları tam açıq olacaq. Bu addım "Dnepr”lə oyunda baş verən bədbəxt hadisənin təkrarlanmaması üçün atılacaq. Eləcə də hər oturacağın altında "Qarabağ”ın bayrağı yerləşdiriləcək.