"Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu gün saat 16:00-dək Nərimanov rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Fasilələrin yaranması H.Əliyev prospektində tikilən Vergilər Departamentinin yeni inzibati binasının tikinti sahəsinə düşən diametri 315 mm-lik orta təzyiqli yeraltı qaz kəmərinin təhlükəsiz əraziyə köçürülməsi ilə əlaqədardır.